Bölmə: Şəkillər
» Şəkillər
 

Arif Buzovnalı  Tehran 2003

 

 Arif Buzovnalı, Ələmdar Mahir və Mustafa Mail oğlu  Təbrizdə 2002

 

 

 Buzovna Şairlər məclisi  2000

 

 

 

 Arif Buzovnalı, Hacı Məhəmməd və Hacı Mail 1998


Açar Sözlər :

Bölmə: Nəzm
» Səndən
 

Həkim də olsan, ey afət, şəfasızın birisən,

Həmişə zövq ilə həmdəm cəfasızın birisən,

Nə vəsf edim səni, sən ki vəfasızın birisən,

Kim olsa həmnəfəsin əl-aman çəkər səndən.

 

***

 

Xəyali-vəsl ilə hicran qəmin yetər çəkdim,

Ömür fəda eləyib nazını hədər çəkdim,

Nə varsa çəkməli eşq içrə beş betər çəkdim,

Zaman gələr ki fələk imtəhan çəkər səndən.

 

***

 

Tüfeylin olmuşam, amma bir özgə mənada,

Bəlavü möhnətimin yox qiyası dünyada,

Nə Qeys Leylidə gördü, nə Vamiq Əzrada,

O zülmü ki gecə-gündüz bu can çəkər səndən.

 

***

 

Güvəndim eşqinə sidq ilə mən başıdaşlı,

İnanmadım ki, sonunda qalar gözüm yaşlı,

O qədr qanıma batdın ki, ey kamanqaşlı,

Günəş tüluya çıxan vaxtı qan çəkər səndən.

 

***

 

Gözəllik ilə qürur güc verir sənə guya,

Sürükləyir səni ifnaya bu iki xülya,

Qürura uyma, onu tarümar edər dünya,

Gözəlliyinsə hesabın zaman çəkər səndən.

 

***

 

Nə yer ki dəvət edirsən məni, kəfən geyirəm,

Qonaqlığında sənin dərd içib kədər yeyirəm,

Nə fərq edər kimə var bənzərin desəm, deyirəm—

Həqiqi xeyri tapar kim ziyan çəkər səndən.

 

 


Açar Sözlər :

   Yazılar cəmi: 40   Sonrakı səhifə »